Fizika fənnindən intellektual oyun keçirildi

16 aprel 2018 ci il tarixində fizika fənnindən VIII siniflər arasında “İntellektual oyun” keçirildi.Yarış fizika müəllimi Həsənova Şövkət tərəfindən aparıldı.Oyunun keçirilməsində məqsəd şagirdlərin fizika fənnindən olan biliklərini yaradıcı şəkildə tətbiq etmək və məntiqi təfəkkürünü daha da inkişaf etdirmək idi.Yarışda 5 komanda iştirak edirdi:
1.”Alov” -VIIIa sinfi
2.”İldırım”-VIIIb sinfi
3.”Kainat”-VIIIc sinfi
4.”Dalğa”-VIIIç sinfi
5.”Enerji”-VIIId sinfi
Oyun çox maraqlı keçdi.Şagirdlər öz bilik və bacarıqlarını fəal şəkildə göstərdilər.Yarışda VIIIc sinfinin “Kainat” komandası I yerə layiq görüldü.Qalib komandanın üzvləri müəllim tərəfindən mükafatlandırıldı.