IV siniflər arasında “Hazırcavablar” adlı viktorina keçirildi

14 aprel 2018-ci il tarixində məktəbimizin IV sinifləri arasında “Hazırcavablar” adlı viktorina keçirildi. Viktorina metodbirləşmə sədri Könül Mürsəlova tərəfindən hazırlanmış suallar əsasında təşkil olunmuşdu. Hər bir sinfi 5 şagirddən ibarət komandalar təmsil edirdi. Komandaların kapitanı 5 mövzu üzrə verilmiş sualları seçərək komandası ilə birlikdə cavablandırmağa çalışdılar. Gərgin keçən yarışmada I yerə “IVç” sinfini təmsil edən “Xəzər” komandası”, II yerlərə isə “IV”e ” sinfini təmsil edən “Qarabağ” və “ IVa” ” sinfini təmsil edən “Buta “ komandası layiq görüldü. Tədbirdə IV sinif şagirdlərinin ifasında müxtəlif rəqslər,musiqilər ifa olundu. Sonda qalib komandalar münsiflər heyəti tərəfindən diplom ilə təltif edildi .