“Breyn Rinq”bilik yarışı keçirildi

13 aprel 2018 tarixində məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Məhərrəmovanın təşkilatçılığı ilə VI siniflər arasında “Breyn Rinq” bilik yarışı keçirildi.Yarışda şagirdlər altı nəfərlik komandalar şəklində siniflərini təmsil edirdilər.Yarış başlamazdan öncə “Breyn Rinq”in qaydaları müəllim tərəfindən şagirdlərə elan olundu,komanda kapitanları digər komanda üzvlərini təqdim etdilər.Daha sonra kapitanlar sualların olduğu zərflərdən birini seçərək verilən vaxt ərzində sualları cavablandırmağa çalışdılar.Verilən vaxt tamamlandıqdan sonra kapitanlar cavabları münsiflərə təqdim etdilər.Cavablar yoxlanıldıqdan sonra isə nəticələr zala elan olundu. Yarış ümumilikdə üç turdan ibarət idi. İlk iki turun qalib komandaları finalda üz-üzə gəldilər.Finalda 6a sinfinə qalib gələn 6d sinfi yarışı birinciliklə başa vurdu. Sonda müəllim tərəfindən qalib komandanın bütün üzvləri,digər komandalardan isə fəallığı ilə seçilən şagirdlər mükafatlandırıldılar.