“BREYN-RİNQ” BİLİK YARIŞI KEÇİRİLDİ

13 aprel 2018-ci il tarixində Fizika fənnindən VII siniflər arasında “Breyn-Rinq” bilik yarışı keçirildi.Yarış fizika müəllimi Məmmədova Fəridə tərəfindən aparıldı.Yarışın keçirilməsində məqsəd şagirdlərin fizika fənninə dair bilik və bacarıqlarını üzə çıxarmaq,fənni necə mənimsədiklərini müəyyən etmək idi.Yarışda 5 komanda: “Arximed” ,”Nyuton” ,”Eynşteyn”,”Sürət” və “Qüvvə “ komandaları iştirak etdilər.Şagirdlər yarışda çox fəallıq göstərdilər,bilik və bacarıqlarını nümayiş etdilər.Yarışda VIIb sinfinin”Eynşteyn””komandası I yerə layiq görüldü.Qalib komandanın üzvləri müəllim tərəfindən mükafatlandırıldı.