“Oxu günü” ilə bağlı Binə Mədəniyyət Evinin Mərkəzi Kitabxanasına ekskursiya

12.04.2018-ci il tarixində Xəzər rayonu 121№li tam orta məktəbin humanitar təmayüllü Xb sinif şagirdləri Binə Mədəniyyət Evinin Mərkəzi Kitabxanasına ekskursiya etdilər. Ekskursiyanın məqsədi şagirdlərdə kitabxanalara, bədii qiraətə marağı artırmaq, onlarda kitab və kitabxanalarla işləmə vərdişləri aşılamaq idi. Kitabxana rəhbərliyi nümayəndəsi-şöbə müdiri Nilüfər Abdulova kitanxananın tarixi, yaradılmış kitab fondu ilə bağlı ətraflı məlumat verdi, şagirdləri oxu zalı ilə tanış etdi. “Lüğətlər” və ayrı-ayrılıqda “Fars-ərəb ədəbiyyatı”, “Türk ədəbiyyatı”, eləcə də, “Şərq ədəbiyyatı” bölmələri şagirdlərin diqqətini daha çox cəlb etdi. Şagirdlər bundan sonra tez-tez bu kitabxanaya gələcəklərini, buranın əməkdaşları ilə sıx əlaqə saxlayacaqlarını vurğuladılar.