Biologiyadan açıq dərs keçirildi

Biologiya fənn müəllimi və metodbirləşmə rəhbəri Fatimə Bəşirovanın 4 aprel 2018-ci il tarixində IXB sinfində “Ali sinir fəaliyyətinin əsas tipləri” mövzusunda  açıq dərsi keçirildi.Dərs aprel şəhidlərinin xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlandı.Dərsin əsas məqsədi temperament tiplərinin əsas xüsusiyyətlərini müəyyən etmək,insanların  şəxsi həyatında,peşə seçimində,davranış və hərəkətlərində bu temperament tiplərinin rolunu araşdırıb tapmaq idi.Şagirdlər tiplərin sayına uyğun olaraq –sanqvinik,xolerik,fleqmatik və melanxolik qruplarına bölündü.Onlara əvvəlcə kiçik bir hekayə təqdim edildi.Hekayə ətrafında şagirdlər fərziyyələr irəli sürdülər.Daha sonra,mövzu ilə bağlı videomaterial nümayiş etdirildi.Şagirdlərə qruplarda əməkdaşlıq edərək işləmək üçün iş vərəqləri təqdim edildi.Tədqiqatdan sonra təqdimat və müzakirə mərhələsinə başlanıldı,fikirlər əsaslandırıldı.Mövzu ilə bağlı bilik və bacarıqları tədbiq etmək məqsədilə kiçik bir səhnəcik hazırlandı.Səhnəcikdə eyni bir situasiyaya müxtəlif tiplərin reaksiyaları əyani şəkildə rollarla nümayiş etdirildi.Şagirdlər eyni zamanda öz temperament tipini müəyyənləşdirmək üçün psixolji test etdilər və kimin hansı temperament tipinə məxsus olduğu  aydınlaşdı.Dərsin sonunda  qrupların fəaliyyəti qiymətləndirildi.Eyni zamanda şagirdlər formativ qiymətləndirildi və fəal şagirdlər mükafatlandırıldı.Beləliklə,şagirdlər ali sinir fəaliyyətinin insan həyatındakı böyük rolunun olduğu qənaətinə gəldilər.Sosial həyatda psixoloji proseslərin və insan xarakterinin əhəmiyyəti qiymətləndirildi.Dərsin dinlənməsində təlim-tərbiyə işləri üzrə direktor müavini Həməşəxanım Bayramova,fənn müəllimi Sevil Cəfərova və azərbaycan dili müəllimi Səbinə Məhərrəmova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi