Azərbaycan tarixindən açıq dərs keçirildi

4 aprel 2018-ci il tarixində tarix müəllimi Vəsilə Əliyevanın Xsinfində Azərbaycan tarixindən “Şəki xanlığının yaranması” mövzusunda açıq dərsi keçirildi.Dərsin məqsədi Şəki xanlığının yaranması,Azərbaycan-Gürcüstan münasibətlərində Şəki xanlığının mövqeyi,xanlığın siyasi mövqeyinin möhkəmlənməsində Osmanlı imperiyasının rolunu müəyyən etmək idi.Əvvəlcə,Nadir şahın Çələbi haqqında söylədiyi fikir əsasında motivasiya quruldu.Daha sonra mövzu ilə bağlı videomaterial nümayiş etdirildi.İstiqamətverici krossvord həll edildi və üç qrupa tədqiqat sualı təqdim edildi.Tədqiqat işi bitdikdən sonra,hər qrupdan bir nəfər qrupun işini təqdim etdi.Təqdimatdan sonra səslənən fikirlər və təqdim edilən işlər ətrafında müzakirələr aparıldı.Dərsdə təlim nəticələrinə nail olmaq üçün müxtəlif tarixi mənbələrdən də istifadə edildi.Diqqətlər tədqiqat sualına yönəldilərək,nəticələr bir neçə sualla ümumiləşdirildi.Dərsin sonunda Məmməd Arazın “Məndən ötdü qardaşıma dəydi” şeiri səsləndi.Beləliklə,tədqiqat sualı,aparılan tədqiqat və müzakirələr əsasında dərsin məqsdinə nail olundu.Dərs dinlənməsində director müavini Həməşəxanım Bayramova,metodbirləşmə rəhbəri Şahnaz Dadaşova,tarix müəllimləri Nadir İmamverdiyev və Sürəyya Bayramova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi