Aprel şəhidləri ilə bağlı muzeyə ekskursiya təşkil olundu

4 Aprel 2018-ci il Aprel döyüşləri ilə əlaqədar yuxarı sinif şagirdlərimiz və müəllim heyəti “Həqiqət " Tarixi araşdırmalar ictimai birliyi tərəfindən yaradılmış “Şəhidlər muzeyi”nə ekskursiya etdilər.Muzeydə şagirdlərimizə əsrlər boyu Azərbaycan xalqının başına gətirilmiş müsibətlərdən danışıldı,işğalda olan Azərbaycan torpaqları uğrunda fədakarcasına döyüşən şəhid və milli qəhrəmanlar haqqında video slaydlar göstərildi.