Açıq dərs keçirildi

27 mart 2018-ci il tarixində 1f sinifində Həsənova Aytənin Həyat Bilgisi fənnindən “Sağlam Həyat , Xoşbəxt Həyat “ mövzusunda açıq dərsi keçirildi.Dərsdə qabaqcadan hazırlanmış slaydlar vasitəsi ilə sağlam həyat tərzinə aid qidalar,səfalı yerlər,idman zalları və s. göstərildi və mötivasiya quruldu.Dərsdə şagirdlər qrup şəklində “Ay” , “Günəş” , “Dünya” ,”Səma” adları altında iştirak edirdilər.Şagirdlərə işçı vərəqləri paylanıldı və qrup işləri verildi.Şagirdlər öz təqditamtlarını verdilər və qruplar qiymətləndirildi.Mövzü ətrafinda maraqlı diskusiya keçirildi,şagirdlər sual-cavabda fəal iştirak etdilər.Mövzuya dair “Krossvord” işlənildi və fəal iştirak edən şagirdlərin biliyi qiymətləndirildi.