Açıq dərs keçirildi

28 mart 2018-ci il tarixində Cəfərova Göyçəyin  4d   sinfində Həyat bilgisi fənnindən “Yol hərəkəti qaydaları” mövzusunda açıq dərsi keçirildi.Dərs yol hərəkəti qaydalarına uyğun video çarxla başladı.” Yol qaydaları və nəqliyyatdan istifadə qaydaları  hansılardır və  onların əhəmiyyəti nədir? “ tədqiqat sualı səsləndi .Şagirdlərin cavablarından sonra yol hərəkəti qaydalarına riayət etməyin  vacibliyi haqqında məlumat verildi. Şagirdlər qruplara bölünərək sərnişinlərin, piyadaların vəzifələri,işıqfor  ,stop nişanları haqqında  təqdimatlar hazırladılar və təqdim etdilər.Müzakirələr əsasında qrup işləri meyarlar üzrə qiymətləndirildi.Yaradıcı tətbiqetmədə şagirdlər mövzuya aid hazırlanmış milyonçu oynunu oynayaraq biliklərini  daha da möhkəmləndirdilər.Yol nişanları haqqında əlavə məlumat toplamaq şagirdlərə tapşırıldı.Dərsin sonunda müəllim dərsdə fəallıq göstərən şagirdləri  həvəsləndirmək üçün mükafatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi