“Yurdumuza yaz gəlir” adlı tədbir-müsabiqə keçirildi

19 mart 2018-ci il tarixində məktəbdə 8№li Uşaq- Gənclər İnkişaf Mərkəzinin “Bacarıqlı əllər” dərnəyinin üzvləri ilə birlikdə “Yurdumuza yaz gəlir” adlı tədbir-müsabiqə keçirildi.Dərnəyin rəhbəri Əfsanə Əzizova tədbiri açıq elan etdi.Tədbirdə şagirdlər bayrama aid şeirlər, tapmacalar, axştalar söylədilər.Tədbirdə kosa və keçəl də iştirak etdi.Onlar öz məzəli sözləri ilə tədbiri daha canlandırdı.Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.Tədbirin sonunda müsabiqədə iştirak edən 8№li Uşaq- Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Rafiq Rəhimov, məktəbin direktoru Akif Abdullayev, Təlim tərbiyə işləri üzrə direktor müavini Həməşəxanım Bayramova ən nümunəvi əl işləri olan şagirdləri diplomlarla təltif etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi