Novruz bayramına həsr edilmiş dərs keçirildi

17 mart 2018-ci il tarixidə dil-ədəbiyyat müəllimi Tahirə Haşımova 6b sinfində “Novruz bayramı”mövzusunda dərs keçirdi.Tədbirdə məktəbin müdiriyyəti və müəllimləri iştirak edirdilər.Tədbirdə şagirdlər “Bahar”, “Səməni”, “Xonça”və “Novruz” komandaları şəklində iştirak edirdilər.Müəllim slaydlarla çərşəmbələri təqdim etdi və hər bir komanda ayrı-ayrılıqda çərşəmbələr haqqında məlumat verdi. Bundan başqa hər bir komanda Novruz bayramının adət-ənənələrindən danışdılar,bayrama aid tampacalar,yanıltmaclar söylədilər,müxtəlif milli mahnıları ifa etdilər.Həmçinin Kosa və Keçəlinin iştirakı açıq dərsi daha rəngarəng etdi.Milli geyimli Bahar qızı öz rəqsi və çıxışı ilə dərsdə iştirak edənlərin hamısını təbrik etdi.Qrup işi kimi şagirdlərə Novruzun atributu ,milli şirniyyatımız olan şəkərburanın bəzədilməsi tapşırıldı.Beş dəqiqə ərzində şagirdlər tapşırığı yerinə yetirib təqdimat etdilər.Sonda açıq dərsdə iştirak edən müəllimlərin seçimi ilə “Novruz” komandasının işi birinciliyə layiq görüldü və komandalar mükafatlandırıldı.