"Dəyirmi masa" keçirildi

15 mart  2018-ci il tarixdə  "Azərbaycan  Xalq  Cümhuriyyəti  Şərqdə  və müsəlman dünyasında  ilk   parlamentli demokratik  respublikadır"  mövzusunda  "Dəyirmi  masa  "  keçirildi. Tədbirdə tarix müəllimləri  Şahnaz  Dadaşova , Nadir  İmamverdiyev  və VIII -XI sinif  şagirdləri iştirak edirdi. Nadir İmamverdiyev müstəqil respublikanın  qəbul  etdiyi  " İstiqlaliyyət  Bəyannaməsi " nin mahiyyətini  və  parlamentin  17 ay ərzindəki fəaliyyətindən danışdı. Şahnaz  Dadaşova   7 dekabr  1918-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  parlamentinin  ilk  iclasında  Məmməd  Əmin  Rəsulzadənin  çıxışından  sitatlar  gətirərək fəaliyyəti  dövründə  parlamentin  qəbul  etdiyi  yüksək  səviyyəli qanunvericilik  akt və  qərarlarından söhbət açdı. XIa  sinif  şagirdi Əli Mürsəlov parlament  mədəniyyəti  tarixində  dərin  və  zəngin  iz qoymuş  qanunlardan bəhs etdi.IXb sinif şagirdləri Firuzə Məlikzadə və Leyla Əliyeva parlamentin  sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi  nümayəndə  heyətinin  göndərilməsindən, VIIIb sinif şagirdləri   İmanqulu Atakişiyev  və  Şəfiqə Hüseynli  AXC-nin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına  baxmayaraq  XI  Qızıl Ordunun  Şimali Azərbaycanı işğal  etməsi ilə süquta uğramasından  ,XIa sinif  şagirdi Münəvvər Məmmədzadə  AXC-nin dövlət  atributlarından   və  1991-ci ildə dövlət  müstəqilliyinin  tarixi varislik üzərində yeni müstəqil Azərbaycan Respublikasının qurulmasından danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi