“Qələbəyə doğru “gedən yolda böyük qələbə

14 Mart 2018-ci il tarixində “Qələbəyə doğru” devizi altında Xəzər rayon məktəbləri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirildi. Yarışda Xəzər rayonunun 20 məktəbi qalibiyyət uğrunda mübarizə aparırdı. Bu yarışda məktəbimizi “Lider” komandamız təmsil edirdi. Yüksək bilik və bacarıq tələb edən intellekt oyunda, səviyyəsi ilə zəngin olan komandamız finala vəsiqə qazanaraq I yerə layiq görüldü. Komandamızın yüksək hazırlığı komanda rəhbəri Elnarə Kərimova və tarix müəllimi Şahnaz Dadaşovanın zəhməti sayəsində başa gəlmişdir. Komanda layiqincə məktəbimizi təmsil edərək “Qələbəyə doğru” ən böyük adımmını ataraq şəhər mərhələsinə vəsiqə qazandı. Komandanın üzvləri olan olan şagirdlərimiz Əfatun Mövludlu, Zahidə Kərimova, Sevinc Məmmədəliyeva, Tənzilə Abbaslı və Əlihüseyn Talıbovu şagird və pedaqoji kollektiv adından təbrik edir və şəhər mərhələsində uğurlar arzulayırıq. Uğurlarınız davamlı olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi