Azırbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş seminar keçirildi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır”mövzusunda 14 mart 2018 ci il tarixində VIII-XI sinif şagirdlərinin iştirakı və tarix müəllimi Vəsilə Əliyevanın rəhbərliyi ilə seminar keçirildi.Seminarda AXC- nin yaranması,fəaliyyəti,quruculuq işləri,parlament və onun qəbul etdiyi qərarlar haqqında məlumat verildi.Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki,Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənəlirini bərpa etməyə qadirdir.Azərbaycan xalqı 1991- ci il öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək,bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.Seminar şagirdlərin Azərbaycan Xalq Cümhuriyyətinin tarixini,siyasi qurluşunu,parlamentin qəbul etdiyi  qanunların məktəblilərə öyrədilməsi baxımından əhəmiyyətli oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi