Açıq dərs keçirildi

12 mart 2018- ci  il tarixində Fəridə Məmmədovanın  7b sinfində fizika fənnindən  “ Cisimlərin üzmə şərtləri:Gəmilərin üzməsi , havada uçma “ mövzusunda açıq dərsi keçirildi.Müəllim Arximed haqqında videoçarxın nümayişi və uyğun suallar əsasında motivasiya yaratdı,dərsin adını elan etdi.Dərsdə şagirdlər Arximed,Paskal,Nyuton kamandaları şəklində iştirak edirdilər.Hər qrupa müəllim iş vərəqlərini paylayladı.Sonra  qruplara əyani vəsaitlər verərək  təcrübələr aparıb təqdimat hazırlamağı tapşırdı.Hər komanda öz təcrübəsini aparıb təqdimatlarını nümayiş etdilər.Dərsdə müxtəlif resurslardan:duzlu su,qab,plastilin,yumurta,şar,helium qazı ilə doldurulmuş şarlar,dinamometr,müxtəlif sıxlıqlı maddələrdən istifadə edildi.Sonra şagirdlərə tədqiqat sualı verildi.Suallar və krossvord  əsasında müzakirə təşkil edildi.Dinamometrlə cismin havadakı çəkisi tapıldı,həm də maye daxilində çəkisi tapılıb, Arximed qüvvəsi təyin edilərək yaradıcı tətbiqedtmə mərhələsi həyata keçirildi.Qədim yunan alimi Arximedin həyatı haqqinda esse yazmaq tapşırığı şagirdlərə tapşırıldı.Dərsin sonunda şagirdlərin bilik və bacarıqları meyarlar əsasında həm qrup şəklində,həm də fərdi olaraq qiymətləndirildi.Ümumilikdə dərs çox aktiv keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi