Şagirdlər mükafatlandırıldı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə məktəbdə bir sıra tədbirlər-bilik yarışı və seminarların,”Dəyirmi masa”ların keçirilməsi davam edir.12 Mart 2018 ci il tarixində Azərbaycanın müstəqil dövlətçilik tarixinin şagirdlərə öyrədilməsi məqsədilə VII siniflər arasında Esse yazı işinin mükafatlandırılması həyata keçirildi.İstedadlı və ən layiqli şagirdlərin esselərinin yoxlanılmasının şəffaf və obyektiv qiymətləndirilməsi təşkilatçı Elnarə Kərimova və metodbirləşmə sədri Şahnaz Dadaşova tərəfindən təmin edildi.I yerə VII b sinif şagirdi İsmayılzadə Ayaz Zabit oğlu layiq görüldü.II yerə VII a sinif şagirdi Mahmudzadə Nuray Nofəl qızı ,III yerə VII ç sinif şagirdi Babayeva Aişə Böyükkişi qızı layiq görülərək diplomla təltif edildilər.