Dəyirmi masa keçirildi

09 mart 2018-ci il tarixində məktəbimizin texnologiya müəllimi  Bənövşə Bayramova     tərəfindən müdiriyyətin də iştirakı ilə VIII siniflərdə “Milli mətbəximiz” mövzusunda  “Dəyirmi masa” keçirildi.”Dəyirmi masa”da ilk olaraq  şagirdlərə milli mətbəximiz haqqında dolğun məlumat verildi və mövzü ətrafinda şagirdlərlə fikir mübadiləsi aparıldı.Şagirdlərimizin mövzu ətrafındakı fikirləri,ilkin təsəvvürləri və bu müzakirədə öyrənmək istədikləri vurğulandı.“Dəyirmi masa”da qeyd olunan nəzəri biliklərin daha yaxşı mənimsənilməsi üçün müxtəlif  əyani vasitələrdən istifadə olundu. Müəllim tərəfindən nümayiş etdirilən slayd,şagirdlərə təqdim olunan müxtəlif  şəkillər həm “Dəyirmi masa”nın effektivliyinin artirilmasına ,həm də şagirdlərin daha maraqla müzakirələrə qoşulmasına səbəb oldu.         İlk olaraq şagirdlərə şəkərbura,paxlava,qoğal və s. kimi  milli    şirniyyatlarımızın şəkilləri təqdim olundu və bu şirniyyatların mentalitetimizdəki rolu,onun hazırlanma qaydası,tarixinin qədimliyi haqqında məlumatlar verildi.Bu şirniyyatların xalqımızın milli bayramı olan Novruz bayramının atributuna çevrilməsi də müzakirə mözularından biri idi. Daha sonra bayram süfrələrimizin bəzəyi,şahı hesab olunan plovdan,onun müxtəlif növlərindən ,onların hazırlanma qaydasından danışıldı .Azərbaycanın müxtəlif  bölgələrindən olan şagirdlərin hər biri öz bölgələrinə aid müxtəlif növ plovların olduğunu qeyd etdilər. “Dəyirmi masa”nın sonunda bir daha milli mətbəximizin zəngin olması vurğulandı. Müzakirə şagirdlərdə milli mətbəximizə, Novruz atributlarına qarşı olan marağı artırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi