Bilik yarışı keçirildi

Şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması məqsədi ilə 5 mart 2018- ci il tarixində Şahnaz Dadaşova, Vəsilə Əliyevanin rəhbərliyi ilə VII siniflər arasında Azərbaycan tarixi fənnindən “Breyn-Rinq” bilik yarışı keçirildi.Yarışda 7a ,7b ,7ç,7d sinif şagirdləri müvafiq olaraq ”İntibah”- 7a ,” Manna”-7b , “Albaniya” -7ç,”Sacilər”-7d komandaları kimi təmsil olunmuşdular.Bilik yarışında komandalara 10 sual təqdim edildi. Hər dolğun cavab “5” balla qiymətləndirildi.Ən layiqli sinif 7b-“Manna” komandası 45 balla yarışın qalibi hesab edildi.Qalib komandanın üzvləri diplomlarla mükafatlandırıldı.