Açıq dərs keçirildi

5 mart 2018-ci il tarixində 1g sinfində sinif müəllimi Əmirova Yeganənin Həyat bilgisi fənnindən “Hörmət və qayğı” mövzusunda açıq dərsi keçirildi.Dərs zamanı verilmiş mövzuya uyğun fərdi və qrup şəklində iş aparıldı. Şagirdlər bir-biri ilə əməkdaşlıq etdilər. Hörmət və qayğı mövzusuna uyğun rollu oyunlar keçirildi. Ümumilikdə dərs prosesi aktiv keçdi.