Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mövzusunda esse yazı müsabiqəsi keçirildi

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi olaraq daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi tarixində rolu misilsizdir.Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.Bu məqsədilə VII siniflər arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mövzusunda esse yazı işi aparıldı.