IV siniflərdə Azərbaycan dili fənnindən monitorinqin nəticələri müzakirə edildi

            IV siniflərdə şagirdlərin oxu səviyyəsini,yazı vərdişlərini , eləcə də proqram çərçivəsində dil qaydalarını necə mənimsədiklərini müəyyənləşdirmək məqsədi ilə Azərbaycan dili və ədəbiyyat müəllimləri: Əzizə Səlimova, Tahirə Haşımova, Şəbnəm Umarova, Rzaqulu Məmmədov və Səbinə Məhərrəmova tərəfindən  həm yoxlama imla ,həm səsli oxu ,həm də test yoxlamaları aparılmış və ibtidai sinif müəllimlərinin iştirakı ilə müzakirələr keçirilmişdir.İstər testlərin cavablandırılması ,istərsə də oxu, dinləyib-anlama məzmun xətti üzrə aparılan müşahidələr göstərdi  ki, şagirdlərin əksəriyyəti yazı qaydalarına düzgün riayət edir, mətni səlis oxuya bilirlər.Lakin zəif nəticə göstərən şagirdlər də var. Müəllimlər  zəif nəticə göstərən şagirdlərlə məşğul olmalı və çalışmalıdirlar ki, II yarımildə belə şagirdlərin sayı azalsın,təlim keyfiyyəti yüksəlsin.Müəllimlər nitqin inkişaf etdirilməsi üçün müxtəlif oxu modellərindən istifadə edərkən diqqət  yetirməlidirlər ki, şagirdlər  sözləri düzgün tələffüz edib,hansı mənada işləndiyini anlasınlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi