Azərbaycan Xalq Cümhuriyyəti – 100

Şərqin və müsəlman dünyasının ilk parlamentli demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür.27 May 1918-ci ildə müstəqilliyini qazanan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları - Məmmədəmin Rəsulzadə,Xəlil bəy Xasməmmədov,Əlimərdan bəy Topçubaşov,İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Tiflisdə Azərbaycan Demokratik Respublikasının yaranmasını elan etdilər. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi.Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri nizama salındıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti tarixi Azərbaycan torpaqlarının 113.9 min kv.km.-ni əhatə edirdi. Cümhuriyyətin yaşadığı qısa dövr - 23 ay ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü.Azərbaycan Respublikasının üç rəngli aylı-ulduzlu Dövlət Bayrağı ,Azərbaycan Respublikasının Dövlət Himni və Azərbaycan Respublikasının Dövlət Gerbi qəbul olundu.“Cümhuriyyət ili” çərçivəsində 9b sinif şagirdləri tarix müəllimi Şahnaz Dadaşovanın rəhbərliyi ilə 27 fevral tarixində bukletlər hazırlamışlar.Tanıtım məqsədilə hazırlanan bukletlər 4 cü sinif şagirdlərinə nümayiş etdirildi. Məmmədəmin Rəsulzadənin uzaqgörənliklə söylədiyi “Bir kərə yüksələn bayraq bir daha enməz !” kəlamı özünü doğrultdu.1991 ci il oktyabrın 18 də Azərbaycan Respublikası özünün ikinci müstəqilliyini qazandı.