“Xocalı soyqırımı”na həsr olunmuş dəyirmi masa keçirildi

26 fevral IX-XI sinif şagirdləri və tarix müəllimlərinin iştirakı ilə “Xocalı soyqırımı” adlı “Dəyirmi masa” keçirildi. Masanın keçirilməsində əsas məqsəd ermənilərin Azərbaycana qarşı çevrilmiş mənfur soyqırımlarının mahiyyətinin şagirdlərə aşılanması idi. IX sinif şagirdləri Firuzə Məlikzadə, Elmir Yəhyayev, Şərqiyyə Mirzəzadə  Xocalı soyqırımının törədilməsində Rusiyanın 366-cı motoatıcı diviziyasının “xüsusi rolunu” qeyd etdilər. Xalqımıza qarşı bəşəri cinayət törədən ermənilərin “böyük Ermənistan” dövləti yaratmaq siyasətinin tərkib hissəsi olan soyqırım 200 ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsidir. Tarix müəllimi Vəsilə Əliyeva Xocalıda soyqırıma məruz qalan azərbaycanlılardan 8 ailənin bütövlükdə məhv edilməsini Xatın faciəsi ilə müqayisə etdi. Metodbirləşmə sədri Şahnaz Dadaşova Ermənistan Respublikasında əsirlikdə olan 4000 nəfərdən 1275 nəfərinin dinc Xocalı sakini olduğunu, 25 uşağın hər iki valideynini, 130 azyaşlı uşağın valideynlərindən birini itirməsi faktının beynəlxalq hüquq normalarının tapdalanmasını vurğuladı. XIb sinif şagirdi Əflatun Mövludlu və Ağatağı Abdullayev bu cinayətdə 56 nəfərin xüsusi qəddarlıqla- diri-diri yandırılmış, başları kəsilmiş, dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış faktlarını slaydlar əsasında təqdim etdilər. Əli Mürsəlov erməni soyqırımlarına ilk dəfə dövlət səviyyəsində ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il 26 mart tarixli sərəncamı ilə tarixi qiymət verildiyini nəzərə çatdırdı. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustayev tərəfindən soyqırımın lentə alınmış görüntüləri xalqımızın başına gətirilən faciələrin dünyaya tanıdılmasında mühüm rol oynamışdır. 7000 əhalisi olan Xocalı şəhəri yenicə şəhər statusu almışdı.  X sinif şagirdi Nərmin Rəsulova özünün Xocalı soyqırımına həsr etdiyi şeirini təqdim etdi. XI sinif şagirdi Yəhya Əliyev əmin olduğunu bildirdi ki, Xocalı soqırımının qurbanlarının qanı yerdə qalmayacaqdır. Sürayə Bayramova bildirdi ki , Azərbaycan Milli orudusunun tezliklə işğal olunmuş ərazilərimizi geri qaytarması yaxındır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi