Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş etiraz aksiyası keçirildi

Məktəbin IV sinif şagirdləri ibtidai sinif müəllimi Cəfərova Göyçək və Təşkilatçı Elnarə Kərimovanın rəhbərliyi ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş etiraz aksiyası keçirtdilər.Aksiyada şagirdlər “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycanındır”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları səsləndirilib.Şagirdlər çıxış  edərək  bildirdilər ki, “Xocalı soyqırımı” bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir və bu cinayəti törədənlər ədalət məhkiməsi qarşısında cavab verməlidir. Mitinq iştirakçıları Ermənistanın ölkəmizə qarşı təcavüzünə son qoyulmasını, Xocalı soyqırımına beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymət verilməsini, xalqımızın məruz qaldığı terror və soyqırım aktları törədənlərin cəzalandırılmasını tələb etdilər.Mitinq şagirdlərin çağırışlarla dolu  yürüşü ilə bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi