IV siniflərdə riyaziyyat fənninin tədrisi müzakirə edildi

I yarımilin yekunu ilə əlaqədar olaraq ibtidai siniflərin son pilləsi sayılan IV siniflərdə riyaziyyat fənninin tədris səviyyəsini yoxlamaq məqsədilə riyaziyyat fənn müəllimləri bu siniflərdə dərs dinləmələri keçirdi.Dinləmələrdə yuxarı siniflərdə riyaziyyat fənnini tədris edən metodbirləşmə sədri-Ülviyyə Pəncəliyeva,Şaiq Ağayev,Adil Səmədov,Davud Davudov və Səyavuş Batıyev iştirak etdilər.Müəllimlər qrafikə uyğun tarixlərdə IV siniflərin hər birində dinləmə aparmaqla,sinif müəllimlərinin riyaziyyat fənnini hansı səviyyədə tədris etməsi və təlim nəticələrinin əldə olunub-olunmamasını müəyyən etməyə çalışdılar.Müəllimlər müxtəlif üsullardan istifadə etməklə (yoxlama yazı işləri,açıq və ya qapalı test tapşırıqları və.s) monitorinq aparmışdılar.
Daha sonra,nəticələr təlim-tərbiyə işləri üzrə direktor müavini Həmişəxanım Bayramovanın rəhbərliyi ilə müzakirə edildi.Sinif müəllimlərinin dərsin mərhələlərini düzgün təşkil edib etməməsi,riyaziyyat fənninin şagirdlərə ətraflı və dəqiq şəkildə aşılanması,fənnin təlim nəticələrinin əldə olunma səviyyəsi əsas müzakirə edilən məsələlər oldu.Cari məsələlərin və ümumilikdə ,təlim keyfiyyətinin göstəricilərinin IV siniflər üzrə vəziyyəti müəyyən edildi.II yarımildə təlim nəticələrinin,keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi və kiçik nöqsanların aradan qaldırılması məqsədilə bir sıra tədbirlərin görülməsi məqsədəuyğun hesab edildi.