Açıq dərs keçirildi

1ə sinifində 22 fevral 2018-ci il tarixində riyaziyyat fənnindən açıq dərs keçirilmişdir. Əvvəlcədən slaydlarla hazırlanmış ədədlər üzərində hesablama aparmaqla motivasiya quruldu. Müəllim Əkbərova Ayşə “Tez hesablama vərdişləri” ilə bağlı hazırlanmış iş vərəqlərini qruplara verdi. Birincilər 10 dəqiqə ərzində verilən tapşırıqları yerinə yetirdilər və qrup liderləri öz işlərini təqdim etdilər. Şagirdlərin fəallığı ilə keçən müzakirələrdən sonra qruplar qiymətləndirildi. Onları həvəsləndirmək məqsədi ilə müəlllim fərqlənən qrupları mükafatlandırdı. Bundan əlavə bütün sinfə slaydlarla hazırlanmış suallar verildi. Ən fəal şagirdlər fərdi qiymətləndirildi.