Benəlxalq “Ana Dili Günü” keçirildi

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işininin təkmilləşdirilməsi haqqında” fərmanına əsasən hər il 21 Fevral “Ana Dili Günü” kimi qeyd olunur. Bütün tədris müəssisələrində olduğu kimi,bizim məktəbimizdə də “Mənim dilim” adlı ədəbi-bədii tədbir hazırlanmışdır.Tədbirdə iştirak edən şagirdlər ana dili ilə bağlı şeirlər söylədi,mahnılar ifa etdilər.Şagirdlərimiz dilimizə,tariximizə,vətənimizə sevgi ifadə edən şeirləri böyük məhəbbətlə səsləndirdilər.VIII sinif şagirdi Tuncay Bağırov sazda,XI sinif şagirdi Rəhiməxanım Quliyevanın kamanda ifa etdikləri musiqilər isə bu tədbiri daha da rövnəqləndirdi.Yuxarı sinif şagirdlərinin hazırladıqları səhnəciklər də çox böyük maraqla izlənildi.Tədbirdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə məktəbimizi fənn olimpiadasında təmsil edən və yarımfinala,” Ədəbiyyat biliciləri “müsabiqəsinin II turuna vəsiqə qazanan şagirdlər də rəğbətləndirildilər.