Bilik yarışi keçirildi

21fevral 2018-ci il tarixində Azərbaycan dili müəllim Əfsanə Xalıqova “Beynəlxalq Ana dili Günü” münasibəti ilə V siniflər arasında bilik yarışı və şeir müsabiqəsi keçirdi. Tədbirdə Va sinfi “Uduz”, Vb sinfi “Funksiya”Vç sinfi “Qrafika, Vd sinfi “Aypara” komandasını təmsil edirdi. Yarışda şagirdlərə 10 sual verildi. Məktəbin V sinif şagirdləri verilən sualları cavablandırdilar. Suallara ən çox düzgün və dolğun cavab verən V B sinfinin şagirdləri qalib seçildi və diplom ilə təltif olundular. Şeir müsabiqəsinin qalibi Vd sinif şagirdi Əlizadə Aysu qalib çıxdı və diplom ilə təltif olundu. Tədbirdə həmçinin məktəbin tədris işləri üzrə direktor müavini Həməşəxanım Bayramova , təşkilatçı Elnarə Kərimova , Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva və digər fənn müəllimləri iştirak etdilər. Bu yarış şagirdlərdə doğma dilə və Vətənimizə olan məhəbbəti daha da artırdı, həmçinin şagirdlərin Ana dili fənninə maraqları gücləndirdi.