Açıq dərs keçirildi

20 fevral 2018-ci il tarixində məktəbin  IÇ  sinfində Azərbaycan dili fənn müəllimi Sevinc Pənahovanın “Himnimiz” adlı açıq dərsi keçirildi.Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Şagirdlər dörd komandaya bölündülər: Səma,Günəş,Ay və Ulduz.Müəllim Mehdi Hüseynzadə,Qafur Məmmədov,Mübariz İbrahimov,Çingiz Mustafayev və Azərbaycan xalqının başqa igid qəhrəmanları haqqında məlumat verdi.VII əsrdə yaşayan Cavanşir,b.e 816-837-ci ilinə qədər “Xürrəmilər”ə başçılıq edən Babək,XVI-XVII yüzillikdə yaşayan Koroğlu haqqında geniş biliklər şagirdlərin nəzərinə çatdırıldı.            Üzeyir Hacıbəyli və Əhməd Cavad haqqında və onların yaratdığı möhtəşəm əsərin-himnimizin,bayrağımızın tarixindən danışıldı.Bu il Respublikamızın,bayrağımızın və himnimizin  100 yaşı tamam olacağını,bu əlamətdar günlərin bayram kimi qeyd olunacağı bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi