Təhsildə keyfiyyət ili çərçivəsində şagirdlərimizin ilk nailiyyətləri

2017/2018-ci dərs ilinin “Təhsildə keyfiyyət”ili elan olunması ilə bağlı tədrisin keyfiyyətinin artırılması sahəsində məktəbin Pedaqoji kollektivi yüksək nəticələrin əldə edilməsi üçün daima çalışır.Məktəbdə istedadlı şagirdlərdən fənn olimpiadalarının I mərhələsinə vəsiqə qazanmış 11 şagirddən 5 nəfəri ayrı-ayrı fənnlər üzrə Respublika turunun yarımfinalaına çıxmışdır.Yəhyayev Elmir IX sinif-Azərbaycan dili,Məmmədli Nuranə XI sinif – Azərbaycan dili,Mövludlu Əflatun XI sinif – Cöğrafiya və,Kərimova Zahidə və Talıbov Əlihüseyn XI sinif-Azərbaycan tarixi fənnləri üzrə yarımfinalda iştirak edəcəklər.”Ədəbiyyat biliciləri” müsabiqəsinin II mərhələsinə isə məktəbin X sinif şagirdləri Babazadə Gövhər və Məmmədzadə Fatimə vəsiqə qazanmışlar.Növbəti mərhələdə istedadlı şagirdlərimizə uğurlar arzulayırıq.