Açıq dərs keçirildi

20 fevral 2018-ci il  tarixində 1k  sinfində Həyat bilgisi fənnindən “Xoşlamadığım xüsusiyyətlər” mövzusunda açıq dərs keçirildi. Dərsin əsas məqsədi şagirdlərdə insan mənəviyyatının müsbət və mənfi keyfiyyətlərini müqayisə etmək bacarığı aşılamaq,onların pis davranışlardan çəkinərək ,yaxşı davranışlara meyl etməsinə şərait yaratmaq idi.Bunun üçün ilk növbədə müəllim Səbinə İbrahimova dərsin motivasiya mərhələsinə xüsusi üstünlük verdi.O,tablo vasitəsilə həm qeyri-etik,həm də etik şagird davranışlarını şagirdlərə göstərdi.Bununla o,şagirdləri tabloda təsvir edilən davranışları xəyal etməyə sövq etdi.Daha sonra müəllim mənfi və müsbət insani keyfiyyətləri şagirdlərlə birlikdə müqayisə və müzakirə etdi.Şagirdlər  tədqiqat  zamanı onlara paylanan müsbət və mənfi hərəkətlər təsvir edilmiş şəkillər arasından yaxşı və pis xüsusiyyətlərə malik insanları  ayirmağı bacardılar.Beləliklə,şagirdlər həyatda insani keyfiyyətlərə yiyələnmək və dərin mənəviyyata sahib olmağın əsas prinsiplərini,ən kiçik etik və müsbət davranışların həyatda yaxşı insan olmaqda oynadığı rolu bu dərs vasitəsilə dərk etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi