Dəyirmi masa keçirildi

19 fevral 2018-ci il tarixində Könül Həsənovanın rəhbərliyi ilə IXa sinfində “Qloballaşma və Azərbaycan” mövzusunda “Dəyirmi masa” keçirildi.”Dəyirmi masa”da planetimizin və Azərbaycanın atmosferində son dövrlərdə yaranmış qlobal problemlər,xüsusilə də iqtisadiyyatın və sənayenin inkişafının atmosferə olan mənfi təsirləri,insanların,bütün canlıların sağlamlığında yaratdığı fəsadlar əsas müzakirə mövzularından biri oldu.Həmçinin,son zamanlarda leksikonumuza daxil olunmuş “qloballaşma” termininin mahiyyəti,yaranma tarixi barədə fikirlər səsləndirildi.Bu terminlə əlaqəli müxtəlif şəkillər və videomateriallar nümayiş etdirildi.Tədbirin sonunda,şagirdlər bu qlobal problemlərlə tanış olduqdan sonra,həmin problemlərin həm planetimizin,həm də Azərbaycanın iqliminə və təbiətinə vurduğu zərərli təsirlərin aradan qaldırılması istiqamətində görüləcək işləri müəyyənləşdirdilər.Gələcəkdə də bu və bu kimi digər problemlər və onların həlli ilə bağlı bu cür faydalı tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi