İdmançı şagirdlərimizin uğurları

Məktəbin idmançı şagirdləri müxtəlif yarışlarda öz qələbələri ilə həm müəllimlərini, həm də valideynlərini sevindirirlər.Məktəbin 4b sinif şagirdi Babayev Ağasəf İmran oğlu hər il olduğu kimi, bu ildə Xocalı Soyqırımına həsr olunmuş Seibukai Kontakt Karate növü üzrə IX açıq turnirdə I yerə layiq görülmüş, medal və diplomla təltif edilmişdir. Həmin yarış üzrə məktəbin 6b sinif şagirdi Budaqov Elvin İnqlab oğlu da I yerə layiq görülmüşdür.

    Sevindirici haldır ki, idmana məktəbli qızlarımızın da marağı artmışdır. Belə ki, məktəbin 3d sinif şagirdi, “Aslan” İdman klubunun yetirməsi Abdullayeva Xədicə Rövşən qızı “Judo” üzrə açıq birincilikdə I yerə, 6 fevral 2018-ci il tarixdə Yeniyetmələr arasında Bakı şəhər birinciliyində II yerə layiq görülmüşdür. Bütün idmançı şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi