Metodbirləşmə iclası keçirildi

12 fevral 2018-ci il tarixində biologiya fənninin metodbirləşmə iclası keçirildi.İclasda metodbirləşmə sədri Fatimə Bəşirova,biologia müəllimləri Sevil Cəfərova və Mələk Əzizova iştirak etdi.İclasda bir sıra məsələlər müzakirə olundu.Əvvəlcə,2017-2018-ci tədris ilinin birinci yarımilinə dair yekun məsələlər müzakirə olundu.Aparılan dərs dinləmələri,həyat bilgisi fənnindən keçirilən “açıq dərs” və “dəyirmi masa”nın əhəmiyyəti və nəticələri əsas müzakirə məsələlərindən biri oldu.Dərman bitkilərinin əhəmiyyətini öyrənmək məqsədilə VII sinifdə keçirilən ”açıq dərs” də yüksək qiymətləndirildi.Yarımilin sonunda “Tədrisdə keyfiyyət ili” elan olunması münasibətilə biologiya fənninin də təlim-tədris keyfiyyətini müəyyən etmək məqsədilə VIII siniflərdə aparılan məktəbdaxili monitorinqin (test-sınaq kitabçaları vasitəsilə) ən yüksək və ən aşağı nəticələri,aşağı göstəricilərin yüksəldilməsi istiqamətində ikinci yarımildə görüləcək tədbirlər xüsusi vurğulandı.Biologiya fənn olimpiadasının məktəb və rayon (şəhər) turunun nəticələri də müzakirə edildi.

            2017-1018-ci tədris ilinin ikinci yarımilində görüləcək işlər iclasın əsas müzakirə mövzuları oldu.Biologiyanin tədrisinin keyfiyyətinin yüksəldilməsi və bu fənnlə bağlı bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə aprel ayının “Biologiya fənn aylığı” seçilməsi qərara alındı.Bu ay çərçivəsində biologiya fənnindən IX siniflərdə “açıq dərs” və “dəyirmi masa” keçirilməsi nəzərdə tutulur.Bundan başqa,VIII siniflər arasında “bilik yarışı” və “Biologiya gecəsinin” keçirilməsi də asas qarşıda duran məqsədlərdəndir.Eyni zamanda,yenə də “Tədrisdə keyfiyyət ili”ni nəzərə almaqla VI siniflər arasında monitorinqin keçirilməsi əsas görüləcək işlərdəndir.Bundan başqa,müxtəlif siniflərlə bir sıra ekoloji layihələr,ekskursiyalar təşkil etmək də məqsədəuyğun hesab edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi