Bilik yarışı keçirildi

9 fevral 2018-ci il tarixində Ia və Ib sinifləri arasında rəqabət hissinin yaranması məqsədi ilə breyn-ring yarışması keçirildi. Hər sinifdən 6 şagirddən ibarət olan komandalara 10 sual verildi. Suallar bütün fənlərdən tərtib olunmuşdur.Gərgin keçən yarışma nəticəsində 1a sinfi 7:6 hesabı ilə qalib gəldi. Növbəti müsabiqə digər siniflər arasında keçiriləcəyi nəzərdə tutulur.