İngilis dili fənnindən yarış keçirildi

7 fevral 2018-ci il  tarixində  İngilis dili fənni üzrə “I am a good story teller” (mən yaxşı nağılçıyam) adlı yarış keçirilmişdir.Yarışda məktəbin V,VI və VII sinif şagirdləri iştirak etdilər.Yarışın əsas məqsədi şagirdlərdə İngilis dilinə böyük maraq oyatmaq,verilmiş mətnləri sərbəst tərcümə etmək,fikirlərini düzgün ifadə edə bilmək, sərbəst cümlə qurmaq bacarığını aşılamaq idi.Eyni  zamanda tələffüz qaydalarına riayət etmək və danışıq qabiliyyətlərini formalaşdırmaq da bu yarışın başlıca məqsədini təşkil edirdi.Şagirdlərin düzgün cümlə qurmaq bacarığı,sözləri düzgün tələffüz etmək və səlis danışıq qabiliyyətləri də nəzərə alındı.Sonda şagirdlərdən verilən tələbləri yerinə yetirənlər  I, II və III yerlərə layiq görüldülər.Qaliblər xüsusi diplomla təltif olundular.Rəğbətləndirilən şagirdlərə isə ingilis dilində kitabçalar bağışlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi