Riyaziyyatdan açıq dərsi keçirildi

19 yanvar  tarixində Gülarə Xəlilovanın riyaziyyat fənnindən “ İki sonlu çoxluğun fərqi” mğvzusunda açıq dərsi keçirildi.Dərsin əvvəlində çoxluqların birləşməsi, kəsişməsi, alt çoxluqlar, bərabər çoxluqlar elektron lövhədə slaydlarla göstərildi və motivasiya yaradıldı.Qruplara test tapşırıqları verildi.Şagirdlər fəallıqla tapşırığı yerinə yetirib təqdimat etdilər.Qruplar arasında əməkdaşlıq yaradıldı.Qruplar bir birinə elektron lövhədə suallar verib cavablandırdılar.Qruplara çoxluqlar  mövzusuna aid məntiqi suallar verildi.Sualları tez tapan qruplar üzərində çoxluqlar şəkli olan həndəsi fiqurlarla mükafatlandırıldı.Şagirdlərin biliyi meyarlar cədvəli üzrə qiymətləndirildi.Dərsin sonunda 20 yanvar şəhidləri ilə bağlı elektron lövhədə kompozisiyalar göstərildi.Şəhidlərin xatirəsi yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi