“Narkomaniya,zərərli vərdişlərə və hüquqazidd əməllərə qarşı mübarizə” mövzusunda tədbir keçirildi

15 yanvar 2018-ci il tarixində məktəbdə  “Narkomaniya,zərərli vərdişlərə və hüquqazidd əməllərə qarşı mübarizə” mövzusunda tədbir keçirildi.Tədbirdə Bakı şəhər Baş Polis İdarəsin Narkotiklərlə Mübarizə bölməsinin Baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Vüqar Nəcəfov,Bakışəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin Təşkili bölməsinin baş inspektoru polis mayoru Kəmalə Ələkbərova,Xəzər  RPİ-sinin YYÇPİTB-nin inspektoru polis kapitanı Sadıq Məmmədov,polis leytenantı Xəyalə Həsənova və 8 saylı Uşaq Gənclər İnkişaf mərkəzinin direktoru Təranə Aslanova iştirak edirdi.İlk öncə 8 saylı Uşaq İnkişaf mərkəzinin müəllimi Əfsanə Əzizovanın məktəbdə təşkil etdiyi dərnək üzvlərinin hazırladıqları “Polis uşaqların gözü ilə” mövzusuna həsr olunmuş əl işlərinin sərgisinə baxış keçirildi.Sonra tədbir akt zalında məktəbin IX-XI sinif şagirdlərinin iştirakı ilə davam etdirildi.Tədbirin sonunda “Polis uşaqların gözü ilə” sərgisinin ən yaxşı əl işlərinə qiymət verildi və şagirdlər Diplomlarla mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi