Rus dili fənnindən açiq dərs keçirildi

12 Yanvar 2018-ci il tarixind’  Rus dili muəllimi Aynur İsmayilovanın   VIIa sinfində “Народная музыка”  mövzusunda açıq  dərsi keçirildi. Dərs zamanı şagirdlər şifahi nitq bacarıqlarını  və vərdişlərini, qrammatik anlayışları, nitq nümunələrini mənimsədiklərini nümayiş etdirdilər.   Dərs müasir tələblərə uyğun olaraq sistemli və ardıcıl mərhələlər əsasında keçirildi. Məzmun standartları əsasında təlim məqsədi müəyyən olunmuşdu.   Mövzuya uyğun olaraq dərsdə əyani vəsait kimi Azərbaycan xalq musiqi alətlərindən istifadə olundu, xalq mahnıları səsləndirildi. Şagirdlər sadə nitq modellərindən və nitq etiketlərindən isitfadə edərək ünsiyyət qurdular, fikirlərini çatdırdılar. Dərs zamanı şagirdlər düzgün tələffüz vərdişləri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi