Məktəbdə yeniyetmələrlə toplantı keçirildi

10 yanvar 2018-ci il tarixdə məktəb rəhbərliyi IX-XI siniflərdə təhsil alan yeniyetmələrlə toplantı keçirdi.Toplantının əsas məqsədi yeniyetmələrin məktəbdaxili intizam qaydalarına əməl etmələri,etik normalar,təlim tərbiyə prosesində onların fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi,şagird-müəllim münasibətlərinin düzgün qurulması və bir sıra tərbiyəvi məsələlər haqqında şagirdlərlə diskussiya aparmaq idi.Məktəbin direktoru Akif Abdullayev göstərilən məsələlərlə bağlı yeniyetmələrlə geniş söhbət apardı və onların suallarını cavablandırdı.