Məktəbdə sərgi keçirildi

28 dekabr 2017-ci il tarixində məktəbdə fəaliyyət göstərən 8 №-li Uşaq Gənclər İnkişaf Mərkəzinin “Bacarıqlı əllər” dərnəyinin əl işlərindən ibarət sərgisi keçirildi.Məktəbin Mərkəzlə əməkdaşlığı əsasında ibtidai sinif şagirdlərinin yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və onları həvəsləndirmək məqsədi ilə təşkil olunan sərgi “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il-2018” mövzusuna həsr edilmişdi.Sərginin təşkilatçısı 8 №-li Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşı,məktəbdə fəaliyyət göstərən ibtidai sinif şagirdlərinin “Bacarıqlı əllər” dərnəyinin rəhbəri Əfsanə Əzizova idi.Sərgidə şagirdlərin öz düşüncələrini,daxili aləmlərini və təxəyyüllərinin müxtəlifliyini əks etdirdikləri tablolar nümayiş etdirildi.Sərgi iştirakçıları balacaların gözündə “Yeni il” və “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün  necə təzahür etməsi ilə tanış oldular.Sərgini izləməyə və qiymətləndirməyə gələnlər arasında İctimai Televiziyanın əməkdaşı, Mərdəkan Mədəniyyət Evinin bədii rəhbəri Kamran İsrafilov,8 №-li Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova,mərkəzin əməkdaşları da var idi.Sonda fərqlənən şagirdlər diplomlarla təltif olundu və onlara hədiyyələr verildi. 8 №-li Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Təranə Aslanova  sərginin keçirilməsində xüsusi rolu olan Ə.Quliyev adına 121 №-li məktəbin direktoru Akif Abdullayevə və təlim-tərbiyə  işləri üzrə direktor müavini Həməşəxanım Bayramovaya təşşəkkür etdi.Bu əməkdaşlığın şagirdlərin kiçik yaşlarda istedadlarının üzə çıxarılmasında böyük rolu olduğunu,bacarıqlarının inkişaf etdirilməsində və onların dünya görüşlərinin zənginləşməsində,eyni zamanda vətəpərvərlik hisslərinin aşılanmasında mühüm əhəmiyyət kəsb etiyini bildirdi.Gələcəkdə də belə sərgilərin keçirilməsinin məqdədəuyğunluğu və vacibliyi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi