“ Yeni iliniz mübarək” adlı tədbir keçirildi

25 dekabr 2017-ci ildə məktəbdə ingilis dili fənni üzrə Yeni il şənliyi ilə əlaqədar “Happy New Year”tədbiri keçirildi.Tədbiri ingilis dili müəllimləri Üikər Məmmədova  və Ç inarə Abbasova keçirdilər.Tədbirdə ibtidai siniflər iştirak etdilər.Tədbirdə məktəbin Təlim-tərbiyə  işləri üzrə direktor müavini Həməşəxanım Bayramova, metodbirləşmə sədri Nazlı Dadaşova və digər ingilis dili müəllimləri  içtirak etdilər. I siniflər şeirlərlə ,IV siniflər bayramla bağlı kiçik səhnəciklərlə tədbirdə çıxış etdilər.  Uşaqlar “What a Wonderful World “ mahnısının müşayiəti ilə vals rəqsi, Flamenco  musiqisinin sədaları altında ispan rəqsi ifa etdilər.Məktəbin kiçik rəsamları tədbiri canlı olaraq çəkdikləri rəsmlərdə təsvir etdilər.Sonda Şaxta baba uşaqlara hədiyyələri təqdim edərək onların sevincinin daha da artmasına səbəb oldu.Tədbir uşaqların Şam ağacı ətrafinda dövrə vurub rəqs etmələriylə tamamlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi