2f sinfində açıq dərs keçirildi

25 dekabr Şəbnəm Rüstəmovanın 2f sinfində riyaziyyat fənnindən Həndəsi fiqurlar “ mövzusunda açıq dərsi keçirilmişdir. Dərsin məqsədi şagirdlərdə fəza fiqurlarını tanıtmaq, ətrafda gördükləri əşyaları həmin fiqurlara bənzətmə bacarıqlarına yiyələndirmək idi.Müəllim uşaqlara dərsi daha yaxşı mənimsətmək üçün kub, silindr, konus, kürə, düzbucaqlı prizma formasında müxtəlif əşyalar nümayiş etdirdi. Dərsdə nəticə əldə etmək üçün müəllim beyin həmləsi, müşahidə, müzakirə, BİBÖ modelləşdirmə üsullarından istifadə etdi.