Məzunla görüş keçirildi

Xüsusi istedadı və aktivliyi ilə fərqlənən  2015-ci ilin 11 B sinfinin məzunlrından  yüksək balla  ali məktəblə  qəbul olunmuş İsgəndərov Əli Mustafa oğlu ilə şagirdlərin görüşü keçirilmişdir. O , Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil almasına baxmayaraq ölkənin debat klublarının öndə gedən natiqlərindəndir və universitetlərində TGT sədr müavini olaraq fəaliyyət göstərir.Görüşün qonağı olan Əli, məktəbimizin 6, 8 və 9-cu sinif şagirdləri ilə görüs keçirdi və müxtəlif mövzularda öz təcrübəsini auditoriya ilə bölüşdü.Universitetə qəbul prosesi, tələbə həyatı,imtahanlar, qiymətləndirmə , debat klubları barədə məlumatlar verən məzunumuz şagirdlərimizdə ali təhsilə dərin maraq hissi oyatmaqla bərabər ,həm də özlüyündə bir nümunəvi vətəndaş mövqeyindən çıxış etdi. O, debatlar zamanı məxtəlif , çoxşaxəli suallardan və şagirdlərdə beyin həmləsi oyadacaq üsullardan istifadə edərək onları gələcəyin vətənpərvər vətəndaşları olmağa səslədi. Görüşün əsas istiqaməti : “Həyat” adlı mübarizədə “öyrənmək” adlı silahım  mövzusunda davam etdi. Sonda şagirdlərimizidə yaranan sualları cavablandıran Əli estafeti digər məzunlarımıza ötürdü. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi