Dəyirmi masa keçirildi

21 dekabr 2017-ci tarixində təsviri incəsənət müəllimi Bayramnisə Quliyeva 9b və 8c sinif şagirdləri ilə “ Toğrul Nərimanbəyovun həyat və yaradıcılığı “ mövzusunda “dəyirmi masa” keçirdi. ”Dəyirmi masa”da milli rəngkarlıq sənətimizin ən tanınmış simalarından olan Toğrul Nərimanbəyovun həyatı,yaradıcılığı,əsərləri,Azərbaycan incəsənətindəki rolu,ölkəmizdə və ölkəmizdən kənarda gördüyü işlər, layiq olduğu mükafatlar əsas müzakirə mövzusu oldu.Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan və özünəməxsus üslubu ilə səciyyələnən sənətkarın yaradıcılığı bütün dünyada şöhrət qazanmışdır.Təsadüfi deyil ki,Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat olan yeganə azərbaycanlıdır.Şagirdlər həmçinin, onun yalnız bir rəssam kimi deyil,mahir opera ifaçısı kimi də yüksək istedada malik olduğunu vurğuladılar.
“Dəyirmi masa”da Toğrul Nərimanbəyovun həyat və yaradıcılığını əks etdirən qısa film nümayiş etdirildi.Filmdə onun verdiyi səmimi müsahibə də böyük maraq doğurdu.Onun monumentalist əsərlərinin Azərbaycanın ən məhşur mədəni və ictimai mərkəzlərinin (Milli Məclis,Kukla teatrı və s.) divarlarını bəzəməyi ölkə memarlığı və mədəniyyətində tutduğu yerin yüksəkliyindən xəbər verir.Şagirdlər sonda Xalq rəssamının layiq görüldüyü mükafatlara (İstiqlal ordeni-2000-ci il,Şərəf ordeni-2010-cu il, və s) xüsusi toxunaraq onu bu mükafatlara layiq incəsənət xadimi kimi qiymətləndirdilər.Onun fitri istedadı sayəsində yaratdığı əsərlərin Azərbaycanın mədəniyyətinə verdiyi dəyərli töhfələr yüksək qiymətləndirildi.İştirakçilar belə dahi rəssamın həmvətəni olduqları üçün qürur duyduqlarını qeyd etdilər.Azərbaycan torpaqlarının yetişdirdiyi istedadlı və dəyərli şəxsləri,onların gördüyü işləri yaxından tanımaq üçün gələcəkdə də belə tədbirlərin keçirilməsi əsas məqsəd kimi qarşıya qoyuldu.