Riyaziyyatdan açıq dərs keçrildi

21 dekabr 2017-ci il tarixində 7 ç sinfində riyaziyyat fənnindən Aytən Əhmədovanın “Çoxhədlilərin toplanması” mövzusunda açıq dərsi keçirildi .Bu baxımdan müəllim müxtəlif interaktiv təlim metodlarından istifadə etməklə şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün onları birgə əməkdaşlığa, mövzu üzrə tədqiqat aparmağa cəlb edə bildi. Dərsdə motivasiya, problemin qoyuluşu, tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiya müzakirəsi, qiymətləndirmə kimi mərhələlərin qurulmasıda müasir kurikulum metodlarından istifadə olundu . Dərsdə elektron avadanlıqlarından geniş şəkildə istifadə olundu .Dərs fəal təlim metodlarına əsaslanmışdı. Müəllim dərsdə müasir təlim metod və üsullarından istifadə etməklə şagirdlərin bilik və bacarıqlarının nümayiş etdirmələrinə istiqamət verdi. Şagirdlər dərsdə böyük fəallıq nümayiş etdirdilər. Şagirdlərin bilik və bacarıqları səviyyələr üzrə qiymətləndirildi.