“Mavi Balina” oyunu haqqında şagirdlərlə Psixoloji söhbət aparıldı

Uşaqları, yeniyetmələri və ümumilikdə gəncləri hədəf seçən oyunların ən dəhşətlilərindən biri son dövrlər məşhurlaşan "Mavi balina" oyunudur ki, məktəb psixoloqu Rzayeva Samirə  VII,VIII,IX,X,XI sinif şagirdlərini marifləndirmək məqsədi ilə onlarla psixoloji söhbət aparmışdır.Söhbət zamanı psixoloq bildirmişdir ki, əslində hər şey çox sadə və maraqlı səslənir. Amma vəziyyət heç də düşündüyümüz qədər sadə və maraqlı deyil. Bir neçə gündür Bakıda da bu  oyunun istifadəçisi olan məktəblilərin olduğu iddia edilir. Paytaxtda intihar edən 2 məktəblinin də məhz bu oyun nəticəsində həyatına son verdiyi bildirilib. Bu məqamda  məktəblilərin özlərinin  bir-birinə kömək etməsi vacibdir.  Aşkarlanan hər hansı bir problemin müşahidə olunduğu hallarda  , yoldaşlarında  hər hansı psixi problemlər, bədəndə yaralar və kəsiklər olduqda, bu barədə   mütləq məktəb psixoloquna, məktəb rəhbərliyinə xəbər verilməlidir.  

Şagirdlər hər hansı bir oyuna başlamamışdan öncə böyüklərlə, valideynləri ilə mütləq məsləhətləşməlidilər.Əkis halda, qulağa xoş gələn, lakin mahiyyətcə dəhşətli nəticələrə gətirib çıxaran və kimilər üçün sadəcə oyun, kimilər üçünsə ölümə aparan yol olan bu prosesə diqqət və nəzarət  edilmsə çox pis sonluqla nəticələnə bilər. Şagirdlər peşəkar psixoloji dəstək almaqdan çəkinməməli, hansı yaşda olursa olsun, daimi  psixoloqla məsləhətləşib təmas  saxlamalıdırlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi