Bülbülün 120 illik yubileyi qeyd olundu

14 dekabr 2017-ci il tarixində musiqi müəllimi  Gülnaz  Məmmədova VIIIc sinfi ilə Bülbülün 120 illik yubileyini  qeyd etdilər.  Azərbaycan professional vokal məktəbinin banisi Bülbül Azərbaycanın vokal sənətini coşqun həvəslə, yorulmadan bütün şüurlu yaradıcılıq həyatı dövründə təbliğ və təfsir etmişdir. Böyük müğənni nümunə kimi "Şur" dəstgahını məhz aşağıdakı muğamlardan – "Şahnaz", "Bayatı-türk", "Şikəstə", "Əraq", "Bayatı-kürd", "Səmayi-şəms", "Şur"dan ibarət olduğunu bildirir. Deməli, Bülbül dəstgahdan fərqli alaraq muğamı bir hissəli vokal-instrumental əsər sayır. Bu nə ilə əlaqədardır? Çünki, Azərbaycan danışıq dilində dəstgah termini çox zaman muğam termini ilə əvəz olunur. Axı, dəstgahın özü də adını əsaslandığı lad-məqamdan alır. Beləliklə, bu cür adlar əmələ gəlir: "Rast muğamı", "Rast dəstgahı" və ya "Şur muğamı", "Şur dəstgahı" və iqət və ədalət nəğməkarı olmuşlar".  Bülbülün təbliğat işi təkcə Azərbaycan bəstəkarların romans və mahnılarının, xalq mahnı və təsniflərinin, operalarda baş qəhrəmanların partiyalarını, açıq konsertlərdə, mavi ekran və radioda operalardan ariyaları və səhnələri ifa etməklə məhdudlaşmamış, onun təbliğatı başqa yönümdə də olmuş, başqa məqsəd də daşımışdır. Bu təbliğat müğənninin saysız-hesabsız dövrü mətbuatda çap olunmuş məqalələrində, məruzə və çıxışlarında öz parlaq təcəssümünü tapmışdır, desək, düz olar. Biz bu məqaləmizdə məhz Bülbülün ayrı-ayrı xalq musiqisi janrları, xanəndə və aşıqların ifaçılıq sahəsində yaradıcılıqları, bəstəkarlarımızın xalq musiqisindən bəhrələnmə yolları, tədris məsələlərinə aid fikir və mülahizələri üzərində dayanacaq, həmçinin onun xalq musiqisi sahəsində ifaçılıq məziyyətlərini qısa şəkildə şərh edəcəyik.Ən əvvəl onu deyək ki, Bülbül xalq musiqisinə böyük qiymət verərək "tarixi özündə qoruyub saxlayan bir xəzinə" sayır. Böyük müğənninin xalq musiqisi (mahnı və rəqslər), şifahi ənənəli professional musiqisi janrlarına (aşıq musiqisi, muğam dəstgahlar, zərbi-muğamlar, kiçik həcmli muğamlar, təsnif və rənglər) aid maraqlı fikir və mülahizələri var. Dəyirmi masada VIIIc sinif  şagirdləri  Bülbülün həyat və yaradıcılığı haqqında bir  daha yaxından tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi