Dəyirmi masa keçirildi

13 dekabr 2017-ci il tarixində IX b sinfində “Müəllim-şagird””,Valideyn-şagird”,Şagird-şagird”münasibətləri mövzusunda dəyirmi masa keçirildi. Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.Təhsil islahatlarının tələblərinin yerinə yetirilməsində, ilk növbədə, müəllim özü dəyişməli, təlimin yeni texnologiyalarını bilməli, yeni proqram və dərsliklərdən, fənn kurikulumunun tələblərindən irəli gələn dəyişiklikləri tətbiq etməyi bacarmalıdır. Yeni metodlardan istifadə zamanı müəllim şagirdlərin idraki fəallığına, müstəqil düşünmə qabiliyyətinin inkişafına nail olur. İş prosesində müəllim - şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir. Dəyirmi masada qoyulan mövzu əsasında şagirdlər fikir mübadiləsi apardı.Müzakirələr zamani” Valideyn –şagird”,”Şagird-şagird”münasibətlərinə dair bir çox təkliflər edildi. Aktual mövzulardan biri olan bu günkü dəyirmi masanın mövzusu şagirdlər arasında olan problemləri ,münasibətlərin düzgün qurulması istiqamətində aparılan mühüm işlərdən biridir.